• emil@rugby.az

  • +90 543 558 8599

  • ANA SƏHİFƏ
  • Fotogalereya
  • TƏQVİM
    • AD GÜNLƏRİ
    • AD GÜNLƏRİ - cədvəl
    • Anım günləri
  • AİLƏLƏR
  • YENİLİKLƏR
Nəslimiz - kimsəni unutmayaq! » Anım günləri » Qəlbimizdə daim yaşayacaq əzizlərimizi birlikdə anaq
Qəlbimizdə daim yaşayacaq əzizlərimizi birlikdə anaq

Qəlbimizdə daim yaşayacaq əzizlərimizi birlikdə anaq

Xatirə yazmaq keçmişə, ömrün-günün ötənlərinə qayıtmaq deməkdir. O ötən günlər, illər isə həmişə adamda kövrək bir nisgil, qəm, xiffət oyadır... Tanıdığın, bir vaxt oturub-durduğun, ünsiyyətdə olduğun, ancaq indi dünyadan köç edib öz haqq dünyasına qovuşan, ancaq yoxluğuna hələ də inanmadığın və yəqin ki, inanmayacağın da əziz bir insan haqqında danışmaq, söz açmaq isə daha ağırdır. Sanki, sən qələmə aldığın xatirələrlə onun yoxluğunu təsdiq etmiş olursan...
Ona görə də öz dünyasını dəyişmiş, ancaq hələ də indiyəcən buna inanmadığım, bir vaxt “əmi”, "dayı", "ata" dediyimiz Məhəmməd Piruz haqqında mən indi xatirə yazmıram... Hər kəs Piruz əminin dünyasını dəyişən günündə öz hatirələrini yada salsın və insan həyatı necə yaşamalı özünə bir örnək alsın.
Hər zaman qəlbimizdə olan, xatirələrimizdə daim yaşayan əzizimiz Piruz əmi...



Əvvəlki səhifəyə qayıt

Yorumlar (7)

Emil
Emil
24-apr-2021, 00:13 Cavabla
Məkanın cənnət olsun, gözəl insan!!!
Nəzrin
Nəzrin
24-apr-2021, 00:15 Cavabla
ALLAH RƏHMƏT ELƏSİN NUR İÇİNDƏ YATSIN 😔🙏🥺MƏKANI cənət olsun

ALLAH RƏHMƏT ELƏSİN NUR İÇİNDƏ YATSIN 😔🙏🥺MƏKANI cənət olsun
Nana
Nana
24-apr-2021, 00:15 Cavabla
Allah rehmet elesin. Ruhu şad olsun
Ülviyyə Qafarova
Ülviyyə Qafarova
24-apr-2021, 00:18 Cavabla
Allah rehmet elesin. 🖤 Bibime, Pervine, Manusha can sagligi arzulayiram. Menim uchun Piruz emi her qadina "xanim" deye muraciet eden zerif bir insan kimi xatiremde qaldi. 🖤🖤
Pərvin
Pərvin
24-apr-2021, 00:32 Cavabla
Ax niyə nə üçün mən beləyəm məhz bu gün. Ax niyə nə üçün tuta bilmirəm əllərindən 😔😔😔 Canım atam düz deyirdin həmişə “ İndi ki sağıq bir-birimizin qədrini bilək” 2 il keçdi Sənsiz. Ruhun şad olsun 🤲
Ruqiyyə
Ruqiyyə
24-apr-2021, 00:56 Cavabla
Gözəl insan , mənim əlimdən tutub 1 sinifə aparan gözəl insan. Mənə ata olub həmişə . Heç vaxt diqqətsiz qoymuyub . Allah rəhmət eləsin. Ruhu şad olsun. Məkanı cənnət olsun. Daim qəlbimizdə yaşayacaq .😟😥
Pərviz
Pərviz
24-apr-2021, 01:17 Cavabla
Allah rəhmət eləsin, yeri behiştlik olsun. Hamımızın qəlbində dərin bir iz qoyub getdi. Rahat yat ey ağa Piruz. Golegolabi.

Yorumla

Təqvim

Bu gün heç bir əlamətdar tarix yoxdur

Radio Sarı Gəlin

Radio Sarı Gəlin

Saytda axtarış

GİRİŞ



Şifrənizi unutdunuz?
Qeydiyyat
лучший сайт где можно скачать шаблоны для dle 11.3 бесплатно


Sayt haqqında

Zaman keçir amma xatirələr heçvaxt köhnəlmir. Onlar ya bizim qəlbimizdə ya da balaca bir çərçivədə yaşayır... Xatirələrin qəlbimizdəki yaşam müddəti bizim ömrümüz qədərdir yəni biz öldükdən sonra onlarda bizimlə birlikdə ölür lakin şəkillərdəki xatirələr biz və bizdən öncəki nəsillərimizin yaşanmışlıqları yenə nəsildən nəsilə ötürülərək uzun müddət yaşayır...

Copyright © 2020. Emil Əliyev - All Rights Reserved.